"Konqres Rusiya ilə ticarət edən istənilən ölkəyə qarşı çox sərt sanksiyalar tətbiq edəcək qanun layihəsi təklif edir"
ABŞ Prezidenti Donald Tramp Konqresdə hazırlanan və Rusiya ilə ticarət edən ölkələrə qarşı sanksiyalar tətbiq edən qanun layihəsini dəstəkləməyə hazır olduğunu açıqlayıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp jurnalistlərə "mən bu barədə eşitmişəm və bununla razıyam", deyib.
Amerika lideri vurğulayıb ki, "Konqres Rusiya ilə ticarət edən istənilən ölkəyə qarşı çox sərt sanksiyalar tətbiq edəcək qanun layihəsi təklif edir".
Təfsilatı açıqlamadan Tramp əlavə edib: "Biz İranı da buna əlavə edə bilərik".