Tramp: “Özbəkistan ABŞ iqtisadiyyatına 35 milyard dollar investisiya yatıracaq”

Dünya

07.11.2025 - 15:26

"ABŞ və Özbəkistan arasında inanılmaz ticarət və iqtisadi müqavilə imzalandığını elan etməkdən məmnunam"

ABŞ Prezidenti Donald Tramp Özbəkistanın məhsul alışı və investisiyaları vasitəsilə üç il ərzində Amerika iqtisadiyyatına təxminən 35 milyard dollar investisiya yatıracağını açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Tramp Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşdən sonra deyib.

"ABŞ və Özbəkistan arasında inanılmaz ticarət və iqtisadi müqavilə imzalandığını elan etməkdən məmnunam", Tramp sosial media platforması “Truth Social”da yazıb.

"Növbəti üç il ərzində Özbəkistan əsas Amerika sənaye sahələrinə, o cümlədən vacib minerallar, aviasiya, avtomobil hissələri istehsalı, infrastruktur, kənd təsərrüfatı, enerji, kimya, informasiya texnologiyaları və digər sahələrə təxminən 35 milyard dollar investisiya yatıracaq", - Tramp vurğulayıb.

Amerika lideri Özbəkistan Prezidentinə minnətdarlığını bildirib və ABŞ-ın ölkə ilə "uzun və məhsuldar münasibətlərə" sadiq olduğunu əmin edib.

Qeyd edək ki, Amerika lideri dünən Ağ Evdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan liderləri ilə görüşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş