“Meyers tamamilə səriştəsizdir və NBC onu işdən çıxarmalıdır”
ABŞ Prezidenti Donald Tramp siyasətini tənqid edən televiziya aparıcısının işdən çıxarılmasını tələb edib. AYNA.AZ xəbər verir ki, Tramp bu barədə sosial media platforması “Truth Social”da yazıb.
Sözügedən aparıcı NBC-nin gecə yayımlanan tok-şousunun aparıcısı Set Meyersdir.
"O dünən gecə qəzəb içində görüldü. Bu, ehtimal ki, onun "şousunun" reytinqlərinin aşağı düşməsi ilə bağlıdır. Bütün bunlardan əlavə, Meyers tamamilə səriştəsizdir və NBC onu işdən çıxarmalıdır. İndi!", Amerika lideri bildirib.