Tramp: “Ölkəmiz və qondarma rəhbərliyimiz Putini ələ saldı”

Dünya

09.10.2022 - 18:50

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ-ın sabiq Prezidenti Ukraynadakı münaqişəyə görə Bayden administrasiyasını günahlandırıb

ABŞ-ın sabiq Prezidenti Donald Tramp hazırkı Amerika lideri Co Bayden administrasiyasını Ukraynada münaqişəni qızışdırmaqda ittiham edib.

AYNA xəbər verir ki, “Real America's Voice” radiosuna müsahibəsi zamanı Tramp Ağ Evin ritorikasının Moskvanın Ukraynada müharibə etmək qərarına töhfə verdiyini deyib.

“Ölkəmiz və qondarma rəhbərliyimiz Putini ələ saldı”, - Tramp vurğulayıb.

Bundan əlavə, Tramp prezidentliyi dövründə həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətlər saxlamağa çalışdığını söyləyib.

Bundan əvvəl Tramp Mayamidə tərəfdarları qarşısında çıxışı zamanı bildirmişdi ki, indi ABŞ bütün dünyada ələ salınır. O, Baydeni ölkəni məhv edən siyasət yürütdüyünə görə qınayıb və “Amerika arzusunu qoruyub saxlamağın” zəruriliyini qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş