"Tramp-Netanyahu planı bütün diplomatik qaydaları aradan qaldırır"

Dünya

04.02.2020 - 14:55

Həkimlər Klinikalar SEO Xidməti

Fəxrəddin Altun: “Fələstin məsələsi çatışmazlıqları aradan qaldırmaq üçün bir fürsətdir”

 

“Avropa İttifaqının öz diplomatiyasını fəallaşdırmasının, ciddi mövqe ortaya qoymasının vaxtı çatıb”. AYNA xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun, Fələstin-İsrail məsələsini şərh edərkən belə deyib. 

 

O bildirib ki, indi Yaxın Şərqlə bağlı daha sağlam bir siyasət hazırlanmalı və Fələstin-İsrail məsələsi bu baxımdan müzakirə edilməlidir: “Belə ki, Tramp və Netanyahunun "Yaxın Şərq sülh planı" qlobal diplomatiyanın bütün elementlərini aradan qaldırır. Bununla yanaşı, həmin plan Avropa İttifaqı və Avropa ölkələrinin fəaliyyət sahəsini daraldır. Fələstin məsələsi onlar üçün bütün bu çatışmazlıqları aradan qaldırmaq üçün bir fürsətdir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş