Tramp Netanyahu ilə görüşəcək

Dünya

26.01.2020 - 23:50

Həkimlər Klinikalar SEO Xidməti

Tramp İsrailin baş naziri və müxalifət rəhbəri ilə görüşəcək

 

ABŞ prezidenti Donald Tramp 27 yanvarda İsrailin baş naziri, hakim Likud Partiyasının sədri Binyamin Netanyahu və Kahol-Lavan müxalifət blokunun rəhbəri Beni Qansla görüşəcək.

 

AYNA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Bundan əvvəl Ağ Ev görüşlərin yanvarın 28-də keçiriləcəyini bildirmişdi.

 

Trampın Netanyahu və Qansla əsrin sazişi adlandırılan - ABŞ-ın Fələstin-İsrail münaqişəsini həll etmək planının detallarını müzakirə edəcəyi gözlənilir.

 

Əvvəlcə Amerika prezidenti baş naziri, sonra isə müxalifət liderini qəbul edəcək. Agentliyin məlumatına görə, prezident planın təfərrüatlarını onlarla bölüşəcək.

 

Donald Trump barışıq planını bu yazda elan etməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş