“Trampın səfərini qısa müddətdə həyata keçirmək çətin olacaq”
ABŞ-ın keçmiş Prezidenti Donald Tramp böyük ehtimalla dekabrın 10-da Argentinanın yeni lideri, “mini-Tramp” adlandırılan Xavyer Mileyin andiçmə mərasimində iştirak etməyəcək. AYNA xəbər verir ki, bu barədə amerikalı siyasətçinin seçki qərargahına yaxın mənbəyə istinadən “Reuters” məlumat yayıb.
“Hazırda heç nə planlaşdırılmayıb. Ayova və Nyu-Hempşirdə təşviqat tədbirləri və qalan praymerizlər yaxınlaşdıqca, Trampın səfərini qısa müddətdə həyata keçirmək çətin olacaq”, - mənbə bildirib.
Daha əvvəl seçki kampaniyası zamanı Çini tənqid edən və onunla əməkdaşlığın qeyri-mümkün olduğunu bəyan edən Miley seçkilərdəki qələbəsi münasibətilə Çin lideri Si Cinpinə təbrik məktubuna görə təşəkkür edib.