Tramp: "Maduro ilə bəzi danışıqlar apara bilərik”

Dünya

17.11.2025 - 14:06

ABŞ Prezidenti Venesuela lideri ilə danışıqlar apara biləcəyini açıqlayıb

ABŞ Prezidenti Donald Tramp artan gərginlik fonunda Venesuela Prezidenti Nikolas Maduro ilə danışıqlar apara biləcəyini açıqlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Tramp jurnalistlərlə söhbətində "Maduro ilə bəzi danışıqlar apara bilərik və nə baş verəcəyini görə bilərik. Məncə, onlar danışmaq istəyərlər", - deyib.

ABŞ Prezidentinin sözlərinə görə, Venesuela Prezidentinin rəhbərlik etdiyi iddia edilən "Günəşlər Kartelinin" xarici terror təşkilatı kimi tanınması ABŞ-a Maduronun Venesuela daxilindəki aktivlərini və infrastrukturunu hədəf almaq imkanı verir.

Eyni zamanda, Tramp qeyd edib ki, onun administrasiyası Venesuela daxilində mümkün hərbi əməliyyatlar üçün Konqresin təsdiqinə ehtiyac duymur: "Bizə onların təsdiqi lazım deyil, amma düşünürəm ki, onlara məlumat vermək yaxşı fikirdir".

ABŞ Dövlət Katibi Marko Rubio dünən ABŞ-ın "Günəşlər Kartelini" (Cartel de los Soles) xarici terrorçu təşkilat kimi tanınmaq niyyətində olduqlarını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş