“Əgər atəşkəs tələb etməli olsam, sərt tədbirlər görəcəyəm”
“Kremldən Ukraynada atəşkəs tələb etməyin vaxtı hələ çatmayıb”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya səfəri öncəsi jurnalistlərə açıqlamasında deyib.
“Mən düşünmürəm ki, indi Putindən atəşkəs istəməyin vaxtıdır. Əgər atəşkəs tələb etməli olsam, sərt tədbirlər görəcəyəm. Neftin qiymətini aşağı salmağa davam etməliyik", Amerika lideri vurğulayıb.
Tramp qeyd edib ki, qlobal neft qiymətləri düşərsə, Rusiya-Ukrayna müharibəsi bitəcək: “Britaniya Baş naziri Keir Starmer razılaşır ki, Avropa Rusiyadan neft almağı dayandırmalıdır”.