“Tramp Rusiya Prezidenti Vladimir Putinlə çoxsaylı telefon danışıqları aparıb, Zelenski ilə bir neçə görüş keçirib”
ABŞ Prezidenti Donald Tramp gələn həftə Nyu Yorkda Ukrayna lideri Volodimir Zelenski ilə yenidən görüşə bilər. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
“Tramp Rusiya Prezidenti Vladimir Putinlə çoxsaylı telefon danışıqları aparıb, Zelenski ilə bir neçə görüş keçirib. Zelenski ilə gələn həftə Nyu-Yorkda yenidən görüş ola bilər”, o deyib.
Rubionun sözlərinə görə, Tramp dünyada yeganə liderdir ki, Ukrayna münaqişəsinin hər iki tərəfi və Avropa ölkələri ilə eyni vaxtda əlaqə saxlamağa qadirdir.
O qeyd edib ki, əgər ABŞ danışıqlar prosesindən geri çəkilsə və yeni anti-Rusiya sanksiyaları tətbiq etsə, o zaman “dünyada vasitəçi kimi çıxış edə biləcək heç kim qalmayacaq”.