Tramp “Facebook”a qayıtdı: “Çətindir, çox çətindir”

Dünya

18.03.2023 - 17:57

ABŞ-ın sabiq Prezidenti sosial media hesabında paylaşım edib

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp “Facebook”a qayıtdığını açıqlayıb. AYNA xəbər verir ki, o, bu barədə öz “Facebook” səhifəsində müraciət edib.

Tramp keçmiş çıxışlarından birinin qısa videoçarxını yerləşdirib və orada bu sözləri deyir: “Gözlətdiyim üçün üzr istəyirəm. Çətindir, çox çətindir”.

Qeyd edək ki, 6 yanvar 2021-ci ildə tərəfdarları Kapitoliyə hücum etdikdən sonra Trampın “Facebook” profili bloklanıb. 2023-cü ilin əvvəlində onun hesabı blokdan çıxarılıb, lakin Tramp martın 17-dək sosial şəbəkədən istifadə etməyib.

Müəllif: Ayna.az