Tramp Böyük Britaniyaya gəlib

Dünya

17.09.2025 - 09:51

Amerika liderini ABŞ-ın birinci xanımı Melaniya Tramp müşayiət edir

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyaya dövlət səfəri edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Amerika liderini ABŞ-ın birinci xanımı Melaniya Tramp müşayiət edir.

ABŞ Prezidenti və xanımı onları qarşılayanları salamlayıb və daha sonra ABŞ hökumətinin helikopterinə miniblər.

Qeyd olunur ki, bu, Trampın ikinci inauqurasiyasından sonra ilk səfəridir. Səfər Amerika liderinin III Çarlzla qeyri-rəsmi görüşmək niyyəti ilə bağlıdır.

İyulun 14-də məlum olub ki, Böyük Britaniya kralı III Çarlz sentyabrın 17-dən 19-dək krallığın parlamentindəki tənəffüs zamanı Amerika liderinin İcmalar Palatasında çıxış etməsini istisna etməklə, ABŞ Prezidentinin dövlət səfərini planlaşdırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş