Tramp Baydeni təhqir etdi: “İndiyə qədər gördüyümüz ən axmaq liderdir”

Dünya

05.04.2024 - 15:47

“Bu axmaq dövlət başçısına görə bütün dünya partlayır”

“ABŞ Prezidenti Co Bayden ölkə tarixində ən korrupsiyalaşmış və səriştəsiz dövlət başçısıdır”. AYNA xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş Prezidenti Donald Tramp amerikalı radioaparıcı Hyu Hevittə müsahibəsində deyib.

“Bu axmaq dövlət başçısına görə bütün dünya partlayır. Bayden axmaqdır. O indiyə qədər gördüyümüz ən axmaq liderdir. O ən fəsadlı və ən bacarıqsızdır”, - Tramp bildirib.

Sabiq Prezident həmçinin qeyd edib ki, ABŞ-a rəhbərlik etsəydi, Ukraynada və Qəzza zolağında münaqişələr heç vaxt baş verməzdi.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş