“Prezidentliyə namizəd Trampın tarixdə yəhudilərin ən böyük səsini qazanmaq şansı var"
ABŞ prezidentliyinə namizəd və keçmiş Amerika lideri Donald Tramp İsraillə bağlı mövqeyinə görə qarşıdan gələn seçkilərdə Amerika yəhudilərindən rekord sayda səs ala bilər. AYNA xəbər verir ki, bu barədə “The New York Post” yazıb.
“Prezidentliyə namizəd Trampın tarixdə yəhudilərin ən böyük səsini qazanmaq şansı var", - Trampın seçki kampaniyası üzrə sorğuçu Con Maklaflin nəşrə bildirib.
Tramp tərəfdarı olan siyasətçilərin fikrincə, yəhudi seçicilərin artan dəstəyi Demokratlar Partiyasında bir çoxlarının İsrailə qarşı mənfi münasibəti, həmçinin ifrat solçu demokratların antisemitizmi ilə bağlıdır.
Nəşr həmçinin yəhudi seçicilərin narazılığına görə bəzi demokratların İsrailə qarşı mövqelərini yumşalddıqlarını qeyd edən Trampın etibarlı adamı Li Zeldindən də sitat gətirib.
Bundan əvvəl Tramp Demokrat Partiyasını dəstəkləyən yəhudiləri “başlarını yoxlatmağa” çağırmışdı.