Tramp Ağ Evdə Əhməd Əl Şaraanı qəbul edəcək

Dünya

02.11.2025 - 10:58

Əl Şaraa və Trampın görüşündən sonra Suriya ilə İsrail arasında danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı qəbul edəcək. AYNA.AZ xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Baraka istinadla məlumat yayıb.

Bildirib ki, Vaşinqtona səfəri çərçivəsində Əl-Şaraa Suriyanın ABŞ-ın rəhbərlik etdiyi “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədləri imzalayacaq.

Tom Barak həmçinin qeyd edib ki, Əl Şaraa və Trampın görüşündən sonra Suriya ilə İsrail arasında danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş