Tramp: “ABŞ Venesueladan 50 milyon barel neft alıb”

Dünya

20.02.2026 - 11:24

“Venesuela ilə əla münasibətlərimiz var”

“ABŞ Venesueladan 50 milyon barel neft alıb və bu neft Hyuston şəhərinə çatdırılacaq”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Trump Corciya ştatındakı polad zavodunda tərəfdarları qarşısında çıxışı zamanı bildirib.

Tramp deyib: “Venesuela ilə əla münasibətlərimiz var. Onlara neftlə bağlı kömək edirik, onların çoxlu nefti var. 50 milyon barel neft almışıq və hazırda nəhəng gəmilər onu Hyustona daşıyır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş