Tozun konsentrasiyası norma həddinə düşüb

Xəbərlər

06.09.2024 - 15:52

cedabet dərman SEO Xidməti

Tozlu hava şəraitinin iki gün davam edəcəyi bildirilir

Bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb.

AYNA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir: "Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək".

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş