Sürücülərə tövsiyə edilir ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər
Görülmüş operativ tədbirlər nəticəsində, fəaliyyətində texniki səbəbdən problem yaranan işıqforların əksəriyyətinin işi bərpa edilib. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, hazırda dörd kəsişmədə işıqforların işində çətinlik var və onların da bərpası istiqamətində iş aparılır: “Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər, həmçinin meteoroloji amilləri nəzərə alsınlar”.