Tovuzda altı tona yaxın narkotik məhv edilib

Xəbərlər

25.06.2020 - 15:38

3 min 257 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib

 

Tovzuda altı tona yaxın narkotik tərkibli bitki məhv edilib. Bununla bağlı AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonunun Dönük Qırıqlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 5 ton 714 kiloqram olan 3 min 257 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Müəllif: Ayna.az