Torpaq sürüşməsi üç nəfərin həyatına son qoydu

Dünya

06.05.2020 - 16:13

cedabet dərman SEO Xidməti

Sürüşmə nəticəsində ölənlərlə yanaşı, 4 nəfər də yaralanıb

 

İndoneziyanın qərbində baş verən torpaq sürüşməsi nəticəsində 3 nəfər dünyasını dəyişib. AYNA xəbər verir ki, bu barədə İndoneziya Fəlakətlərin İdarə Edilməsi üzrə Milli Agentliyin İnformasiya və Kommunikasiya Mərkəzinin rəhbəri Raditya Jati məlumat verib.

 

O, Polevali Mandar bölgəsinin Kelapa Dua kəndində güclü yağışın səbəb olduğu sürüşmə nəticəsində ölənlərlə yanaşı, 4 nəfərin də yaralandığını açıqlayıb.

 

Jati sürüşmə nəticəsində evlərin və nəqliyyat vasitələrinin də zərər gördüyünü bildirib və hadisə ilə əlaqədər olaraq bağlanmış yollarda təmizlik işlərinə başlanıldığını vurğulayıb.

 

Qeyd edək ki, tropik iqlimi olan İndoneziyada sel və sürüşmə hadisələri tez-tez baş verir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş