Tonqa sahilində güclü zəlzələ olub

Dünya

17.08.2024 - 12:46

Həkimlər Klinikalar SEO Xidməti

Təbiət hadisəsinin ocağı 113 km dərinlikdə olub

Tonqa Krallığının sahilində 5,7 maqnitudalı zəlzələ olub. AYNA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib..

Qeyd olunub ki, yeraltı təkanların episentri təxminən 22,4 min insanın yaşadığı Tonqanın paytaxtı Nuku'alofa şəhərindən 133 km cənub-qərbdə yerləşib. Təbiət hadisəsinin ocağı 113 km dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş