Tokayev yeni Baş nazir təyin edib

Dünya

06.02.2024 - 16:09

cedabet dərman SEO Xidməti

Oljas Bektenov Baş nazir təyin olunub

Qazaxıstan Prezidenti Kasım-Comart Tokayev öz administrasiyasının sabiq rəhbəri Oljas Bektenovu yeni Baş naziri təyin edib. AYNA xəbər verir ki, bu barədə dövlət başçısının Mətbuat Xidməti məlumat yayıb.

Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatları bundan əvvəl keçirilən iclasda səs çoxluğu ilə Prezidentə Bektenovun hökumət başçısı vəzifəsinə namizədliyinin təsdiqlənməsi üçün razılıq veriblər.

Xatırladaq ki, fevralın 5-də Prezident Kasım-Jomart Tokayev Baş nazir Alixan Smailovun rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib. İstefanın səbəbləri açıqlanmayıb. Eyni zamanda, Nazirlər Kabinetinin üzvlərinə yeni hökumət təsdiq olunana qədər öz vəzifələrinin icrasını davam etdirmək tapşırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş