Toivo Klaar Abxaziyaya buraxılmayıb

Dünya

29.01.2024 - 12:31

cedabet dərman SEO Xidməti

“Abxaziya ilə rabitə kanallarının bağlanması heç kimin maraqlarına cavab vermir”

“Mandatım çərçivəsində 2024-cü il yanvarın sonunda Abxaziyaya səfər etməyi planlaşdırırdım. Təəssüf ki, oradakı həmsöhbətlərimiz mənə dedilər ki, bu, mümkün deyil”.

AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə nümayəndəsi Toivo Klaar deyib.

Onun sözlərinə görə, bu, son altı ayda ikinci imtinadır.

“Abxaziya Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən əziyyət çəkməməlidir”, Klaar vurğulayıb.

Onun sözlərinə görə, Abxaziya ilə rabitə kanallarının bağlanması heç kimin maraqlarına cavab vermir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş