Tixanovskayanın Rusiya strategiyası: “Bu, cəfəngiyatdır”

Dünya

26.08.2020 - 15:46

Həkimlər Klinikalar SEO Xidməti

“Bu məsələni daha sonra seçiləcək dövlət başçısı həll etməlidir”

 

“Belarus müxalifəti Rusiya ilə sərhədləri bağlamaq niyyətində deyil”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri avqustun 9-da Belarusda keçirilən prezident seçkilərində müxalifətin namizədi olmuş Svetlana Tixanovskaya deyib.

 

O, Belarus Prezidenti olacağı təqdirdə, Rusiya ilə inteqrasiya sazişlərinə yenidən baxmayacağına söz verib. Tixanovskaya hesab edir ki, bu məsələni daha sonra seçiləcək dövlət başçısı həll etməlidir.

 

“Rusiya ilə sərhədləri bağlamaq istədiyimiz barədə fikirlər səsləndirilir. Bu, cəfəngiyatdır. Müxalifətin Koordinasiya Şurasının məqsədi mövcud böhranı mümkün qədər tez həll etmək üçün Aleksandr Lukaşenko hökumətilə dialoqun başlanmasına nail olmaqdır”.

 

Tixanovskaya bildirib ki, Belarusdakı inqilab nə anti-Rusiya, nə də anti-Avropadır.

 

Qeyd edək ki, Belarusda üçüncü həftədir kütləvi etiraz aksiyaları keçirilir. Vətəndaşlar avqustun 9-da keçirilən seçkilərin nəticələrindən narazıdırlar. Xalq hesab edir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko istefa verməli, yeni seçkilər təyin olunmalıdır.

 

Xatırladaq ki, seçkilərin rəsmi nəticələrinə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 80 faizdən, müxalifətin namizədi Svetlana Tixanovskaya isə 10 faizdən bir qədər artıq səs toplayıb. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş