“Hərarəti 39 dərəcəyə çatıb, vəziyyəti ağırdır”
Ukraynanın keçmiş Baş Naziri, Ali Radanın “Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko koronavirusa yoluxub. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Timoşenkonun mətbuat katibi Marina Soroka məlumat verib.
O, xanım siyasətçinin vəziyyətinin ağır olduğunu qeyd edib: “Hərarəti 39 dərəcəyə çatıb, vəziyyəti ağırdır”.