Tiflisdə azərbaycanlı qızın meyiti aşkarlanıb - FOTO

Hadisə

21.04.2026 - 00:50

Ailəsi hadisəni “gözlənilməz və izaholunmaz” adlandıraraq obyektiv istintaq tələb edir

Gürcüstanın paytaxtı Tiflisdə Marneuli sakini, 24 yaşlı Aysun Quliyeva kirayə yaşadığı evdə asılmış vəziyyətdə tapılıb.

AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, gənc qız tələbə yoldaşı ilə birlikdə kirayədə yaşayırmış. Yaxınları onunla əlaqə saxlaya bilmədikdən sonra mənzilə gedərək hadisəni aşkar ediblər.

İlkin versiya intihar ehtimalıdır. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Ailəsi hadisəni “gözlənilməz və izaholunmaz” adlandıraraq obyektiv istintaq tələb edir.

Faktla bağlı cinayət işi açılıb.

Tiflisdə azərbaycanlı qızın meyiti aşkarlanıb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş