Moskvada konsert zalında baş verən terror aktının görüntüləri yayılıb - VİDEO

Dünya

23.03.2024 - 00:09

Terror aktı nəticəsində 40 nəfər həlak olub

Xəbər verdiyimiz kimi, bu gün Moskvada “Crocus City Hall” ticarət mərkəzində terror aktı törədilib. Bir neçə silahlı şəxsin binanın içərisində atəş açması nəticəsində çox sayda insan həlak olub.

AYNA-nın məlumatına görə, Rusiyanın teleqram kanallarında silahlı hücumun baş vermə anını əks etdirən görüntülər yayılıb.

Görüntülərdən bir neçə silahlı şəxsin ətrafdakı insanlara atəş açdığını görmək mümkündür.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimai əlaqələr mərkəzi terror aktında 40 nəfərin öldüyünü, 100-dən çox insanın yaralandığını açıqlayıb.

Müəllif: Ayna.az