“Makron Fransanın nüfuzunu bərpa etmək üçün Ukrayna ilə bağlı ritorikasını dəyişdi”
Fransa Prezidenti Emmanuel Makronun Rusiya və Ukrayna arasındakı münaqişə ilə bağlı gözlənilməz açıqlamaları onun ölkəsinin nüfuzunu və Avropa İttifaqında dominant güc statusunu qaytarmaq istəyi ilə izah olunur. AYNA xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb.
Nəşr Makronun “göyərçindən şahinə” çevrildiyini qeyd edib və siyasətçini də buna daxili siyasi səbəblərin, xüsusən də Almaniya və Fransa arasındakı rəqabətin sövq etdiyini vurğulayıb.
Mənbələr qeyd edir ki, Berlin Fransa-Almaniya əməkdaşlığının əsaslandığı ölkələr arasında “centlmenlər müqaviləsini” pozub.
Bundan əvvəl Makron Ukraynaya NATO kontingentinin göndərilməsinin mümkünlüyünü açıqlamışdı. Daha sonra Makron münaqişənin gərginliyini azaltmaq üçün Rusiya lideri Vladimir Putinlə danışıqlara hazır olduğunu bildirib.