“The Guardian”: Britaniya Ukraynadakı əməliyyatlarda iştirak etməyə hazırdır

Dünya

07.11.2025 - 13:08

Britaniya hökuməti hərbi qüvvələrini Ukraynada yerləşdirməyi düşünür

Britaniya hökuməti hərbi qüvvələrini Ukraynada yerləşdirməyi düşünür: istər döyüşdə birbaşa iştirak etməklə, istərsə də beynəlxalq koalisiyanın təşkil etdiyi sülhməramlı missiyaların bir hissəsi kimi. AYNA.AZ xəbər verir ki, bu barədə “The Guardian” mənbələrə istinadən məlumat yayıb.

Məlumatda deyilir: "Hərbi mənbələr əlavə ediblər ki, Britaniya ordusu müttəfiqlərlə birlikdə Ukraynada və ya başqa yerdə münaqişəyə girəcək və ya sülhməramlı əməliyyatlarda iştirak edəcək, qırıcı təyyarələrdən tutmuş piyadalara qədər bütün hərbi imkanlardan istifadə edəcək".

Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard vurğulayıb ki, ölkənin əsas məqsədi NATO müttəfiqlərinə Alyansın şərq cinahının təhlükəsizliyini gücləndirmək üçün hərtərəfli dəstək verməkdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş