Avropa İttifaqı "Sülh bulağı" hərəkatı ilə bağlı açıqlama yaydı

Xəbərlər

10.10.2019 - 17:00

“Bütün ölkələr eyni istiqamətdə hərəkət etməlidir”

 

Avropa Komissiyası “Sülh bulağı” əməliyyatı ilə bağlı açıqlama yayıb.

 

AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü mətbuat konfransında bildirib.

 

“Avropa İttifaqına namizəd olan bütün ölkələr, Avropa İttifaqının xarici siyasəti ilə eyni istiqamətdə hərəkət etməlidir”, - deyə komissiya sözçüsü vurğulayıb.

 

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri (TSQ) iki gündür ki, Suriyanın şimalında PKK, YPG və PYD terror qruplaşmalarına qarşı genişmiqyaslı əməliyyata start verib.

Müəllif: Ayna.az