Xəsarət alan sərnişinlərə isə 20 min manat veriləcək
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək. AYNA xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.
Qeyd olunub ki, AZAL Müşahidə Şurasının qərarı ilə 25.12.2024-cü il tarixində Qazaxıstan Respublikası ərazisində qəzaya uğramış “Azərbaycan Hava Yolları” Sərnişin Aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində olan və xəsarət alanların hər birinə 20.000 manat, vəfat edənlərin hər birinin ailəsinə isə 40.000 manat kompensasiya ödənilməsi müəyyən edilib.
Qeyd edilib ki, bununla yanaşı, bütün sərnişinlər Azərbaycan Respublikası qanunvericiliyinə və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq tətbiq edilən müvafiq sığorta ödənişi alacaqlar.