Tərtərdə qəza: avtomobil piyadanı vurub

Xəbərlər

22.08.2024 - 09:23

cedabet dərman SEO Xidməti

Piyadanın vəziyyəti ağırdır

Tərtər rayonunda 26 yaşlı gənc yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

AYNA-nın xəbərinə görə, 1998-ci il təvəllüdlü İlqar Kamil oğlu Məmmədli yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş