"Qırıcının Qara Qutusunun oxunmasında Ukrayna mütəxəssisləri də iştirak edəcək"

Hadisə

20.08.2019 - 19:59

"Qırıcının Qara Qutusu da sudan çıxarılıb, amma hələ oxunmayıb"

 

"Azərbaycan Müdafiə Nazirliyi artıq məlumat yayıb ki, "MiQ-29 təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi və təyyarənin qalıqları dənizdən çıxarılıb. Müəyyən olunub ki katapultasiyadan istifadə olunmayıb, pilotun cəsədi qoltuğa bağlı şəkildə aşkar edilib. Katapultasiyadan nə üçün istifadə olunmamsı və qəzanın səbəbləri barədə indiyədək məlumat verilməyib".

 

AYNA xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz özünün sosial şəbəkə hesabında paylaşıb. Mütəxəssisin sözlərinə görə: "Bəzi ekspertlər təyyarənin qəzaya uğramasına səbəb olaraq Rusiyanın radio-texnika qüvvələrinin təsiri ilə ola biləcəyini qeyd ediblər. Digərləri isə bunu inandırıcı saymırlar. Azərbaycan və Türkiyə heyəti lazımı axtarışları aparıb, qırıcının Qara Qutusu da sudan çıxarılıb, amma hələ oxunmayıb".

 

Osman Gündüz: "Əvvəllər bizdə Qara Qutunun oxunması ilə bağlı texnologiyaların olmadığı bildirilsə də MN artıq belə bir imkanın ölkəmizdə olduğunu bildirib. Qara Qutunun oxunmasında Ukrayna tərəfin mütəxəssisləri də iştirak edəcəklər.

 

Azərbaycanda istifadə olunan MiQ-29 qırıcılar Rusiyada istehsal olunsalar da, 2005-2007-ci illərdə Ukraynadan alındığı bildirilir. Azərbaycanda MiQ-29 qırıcısının qəzası ikinci dəfədir ki, baş verir. İlk belə qəza 2008-ci ilin yanvarında təlim uçuşu zamanı baş verib.

 

MN bildirib ki sabah Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində hərbi pilotla vida mərasimi keçiriləcək, ikinci Fəxri Xiyabanda dəfn olunacaq. Allah rəhmət eləsin!" - deyə, bildirib. 

Müəllif: Ayna.az