Kokain qaçaqmalçıları polisə zəng edib həbs olunmaq üçün yalvardı

Hadisə

02.08.2019 - 04:21

Konteyner polisin iki saatlıq axtarışlarından sonra tapılıb

 

Kokain dolu konteynerdə gizlənən iki qaçaqmalçı polisə zəng edərək gizləndikləri ünvanı bildirib və həbs edilmək üçün sözün həqiqi mənasında yalvarıb. AYNA moderator.az-a istinadən xəbər verir ki, ağılalmaz bu olay Belçikanın Anvers limanında baş verib.

 

Cinayətkarların yüzlərlə kiloqramlıq kokainlə özlərini ələ vermələrinə səbəb isə hədsiz istilər olub. Belə ki, konteynerdə uzun zaman keçirən və hədsiz istidən taqətdən düşən cinayətkarlar isti təndirə çevrilən konteynerdən xilas olmaq, ölümdən yaxa qurtarmaq üçün polisdən yardım almaq məcburiyyətində qalıb.

 

Konteyner polisin iki saatlıq axtarışlarından sonra tapılıb. Konteynerə daxil olan polislər qaçaqmalçılarla yanaşı, yüzlərlə kiloqram kokain ələ keçirib.  

Müəllif: Ayna.az