Hadisə nəticəsində 2 nəfər yaralanıb
Tərtər rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 1958-ci il təvəllüdlü Ağayev Nəsrəddin Müzəffər oğlu və 1971-ci il təvəllüdlü Ağayev Yunus Müzəffər oğlu ölüb. İki nəfər - Sənan Ağayev və Könül Aslanova müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar ilkin tibbi yardımdan sonra Gəncədəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.