"İyirmi manatlıq ye, yüz manat ödə" - Ekspert Coratda qarşılaşdığı biabırçılıqdan yazdı

Hadisə

23.07.2019 - 22:24

"Ümid edirəm ki, Turizm agentliyi, aidiyyəti dövlət orqanları bu biabırçıqlara son qoyar". AYNA xəbər verir ki, bu fikirləri tanınmış təhsil eksperti Kamran Əsədov özünün "Facebook" profilində paylaşıb. 


"Belə iyrəncliyə görə ölkəyə gələn turist birdə gəlmir. Deməli Corata gəlmişik ki, bir çay içib, buranın qutabını yeyək. Oturandan gəliblər ki, bəs nə yesəz, yeməsəz 100 manat depozit ödəməlisiz. Belə çıxır ki, tutalım sizin cibinizdə 50 manat pulunuz varsa, ödəyəcəyiniz hesab 20 manat belə olsa, siz istirahət edə bilməzsiz? Sən 20 manatlıq ye, amma 100 manat ödə? Ona görə də, insanlar daha rahat olsun, istirahət etsinlər deyə, Türkiyə, Gürcüstana gedirlər". - deyə, Kamran Əsədov yazıb. 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə