Sənəd layihəsi səsverməyə çıxarılaraq qəbul edilib
Azərbaycanda orta ixtisas təhsilini başa vuran şəxslərə subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi təklif olunur.
AYNA xəbər verir ki, bununla bağlı “Təhsil haqqında” qanunun 21-ci maddəsinə (Orta ixtisas təhsili) dəyişiklik parlamentin bugünki iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik layihəsinə əsasən, orta ixtisas təhsili, əsasən, kolleclərdə və ali təhsil müəssisələrinin müvafiq struktur bölmələrində həyata keçirilir və subbakalavr peşə-ixtisas dərəcəsinin verilməsi ilə başa çatacaq.
Sənəd layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.