Üç yaşlı uşaq maşınla marketə girdi - <font color=red> VİDEO</font>

Hadisə

06.09.2019 - 02:41

Uşağın da yüngül yaralandığı hadisəni polis artıq nəzarətə götürüb

 

Ankarada 3 yaşlı uşaq maşını marketə çırpıb. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisənin baş verdiyi an marketin təhlükəsizlik kameralarında anbaan əks olunub.

 

Mamak məhəlləsində baş verən hadisə 21:00-da baş verib. Belə ki, Natyolu küçəsindəki mağazada alış-veriş edən cütlük yüklərini qoymaq üçün dayanacaqda park edilmiş maşına yaxınlaşıblar.

İddiaya görə, uşaq maşının sükanında oturduğu anda avtomobil qəfildən hərəkət etməyə başlayıb. Maşın anidən marketə çırpılıb və marketin içərisinə ciddi zərər vurub.

 

Uşağın da yüngül yaralandığı hadisəni polis artıq nəzarətə götürüb və hadisə ilə bağlı istintaq başladılıb.

 

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə