Qəzaya uğrayan hərbi təyyarədən yeni xəbər var

Hadisə

31.07.2019 - 19:36

Türkiyədən mütəxəssislər gətirilib

 

Azərbaycanda qəzaya uğramış hərbi təyyarənin axtarışına türkiyəli mütəxəssislər cəlb edilib. Bu barədə AYNA-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

 

Məlumata görə, bu gün Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri təlim-məşq uçuşları zamanı qəzaya uğramış hərbi təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara cəlb olunub.

 

Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Müəllif: Ayna.az