İspaniyada 85 200 nəfərə yaxın insan Covid-19-a yoluxub
İspaniyanın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Fernando Simonda Covid-19 müayinəsinin cavabı müsbət çıxıb. AYNA xarici mediaya əsasən xəbər verir ki, F.Simon ölkənin Səhiyyə Nazirliyinin əsas işini görən vacib fiqur idi.
Məlumatda bildirilir ki, Simonun yoluxma səbəbi virusdan karantində olan Baş Nazir Pedro Sançez ilə sıx təmasda olmasıdır.
Bundan sonra İspaniya Səhiyyə Nazirliyinin rəhbəri Maria Joze Sierra Simonun vəzifəsini yerinə yetirəcək. Maria Joze bildirib ki, son qadağalar virusla mübarizəni gücləndirib. Belə ki, küçəyə çıxma qadağasından sonra virusa yoluxma 20%-dən 12%-ə düşüb.
Məlumat üçün deyək ki, İspaniyada 85 200 nəfərə yaxın insan Covid-19-a yoluxub, 7340 nəfər isə xəstələnərək ölüb.