Yaqut Qarayeva: “Bir peyvəndin hazırlanıb insanların istifadəsinə verilməsi elə də qısa zamanda olmur”
“COVID-19-a qarşı pyevəndin istehsal olunması hal-hazırda bizim diqqət mərkəzimizdədir və biz ölkəmizə gələn bütün işçi qrupları və xarici mütəxəssislərlə bu məsələni müzakirə edirik”.
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı missiyasının ən vacib müzakirə mövzularından biri peyvəndlə bağlıdır: “Amma məlumdur ki, bir peyvəndin hazırlanıb insanların istifadəsinə verilməsi elə də qısa zamanda olmur və bu, daha uzun vaxt tələb edir. Ona görə də bu məsələyə ehtiyyatla yanaşmaq lazımdır”.
“Bununla bağlı TƏBİB-ə də tapşırıq verilib ki, dünyada hal-hazırda peyvənd üzərində aparılan iş araşdırılsın və bununla bağlı xüsusi təkliflər hazırlanıb dövlətə təqdim edilsin”, - Qarayeva əlavə edib.