Tayvanda qasırğa nəticəsində yüzlərlə insan xəsarət alıb

Dünya

05.10.2023 - 23:49

"Koinu" tropik qasırğası sentyabrın 30-da Filippinin şərqində əmələ gəlib

Tayvanın cənubunda “Koinu” qasırğası nəticəsində xəsarət alanların ümumi sayı 356 nəfərə çatıb.

AYNA xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bir nəfər ölüb.

Hazırda "Koinu" Honq-Konqa və Çinin cənubundakı Quanqdonq əyalətinin sahillərinə doğru irəliləyir.

"Koinu" tropik qasırğası sentyabrın 30-da Filippinin şərqində əmələ gəlib və daha sonra tayfuna çevrilib. Oktyabrın 3-də Tayvanın Mərkəzi Meteorologiya İdarəsi fırtına xəbərdarlığı edib, adanın bir neçə bölgəsində məktəblər və ofislər fəaliyyətini dayandırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş