Tayvan 26 Çin təyyarəsinin adaya yaxınlaşdığını açıqlayıb

Dünya

26.06.2024 - 14:53

Həkimlər Klinikalar SEO Xidməti

24 hava hədəfi Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub

Tayvanın Müdafiə Nazirliyi adanın yaxınlığında daha 26 Çin Xalq Azadlıq Ordusunun (PLA) təyyarəsinin göründüyünü açıqlayıb. AYNA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bunlara J-16 döyüş təyyarələri, Y-8 çoxməqsədli təyyarələr və pilotsuz uçuş aparatları daxildir.

Məlumatda qeyd olunub ki, 24 hava hədəfi Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına daxil olub.

Səhər tezdən agentlik bildirib ki, son 24 saat ərzində adanın yaxınlığında 18 təyyarə və 6 PLA gəmisinin görünməsi faktı qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş