“Silahlılar döyməyi dayandırdılar və anamı döydükləri qonşu otağa qumbara ataraq qaçdılar”
Əfqanıstanda “Taliban” yaraqlıları dörd uşaq anasını evində döydükdən sonra öldürüblər. AYNA xəbər verir ki, CNN telekanalı məlumatı öldürülən qadının qızına istinadən yayıb.
Bildirilir ki, yaraqlılar dəfələrlə qadının yaşadığı evə gəlib, ondan silahlılar üçün yemək bişirməyi tələb ediblər. Qadın sonuncu dəfə yemək bişirməkdən etdikdə onu əvvəlcə döyüblər. Daha sonra isə qadını evində qumbara partladaraq öldürüblər.
““Taliblər” üç dəfə anamın yanına gəldilər, ondan 15 döyüşçü üçün yemək hazırlamağı istədilər. Anam onlara əmri yerinə yetirmək üçün imkanlarının və qabiliyyətinin olmadığını izah etməyə çalışdı. Anam “taliblər”in yenidən gələcəyini bilirdi”, - deyə öldürülən qadının qızı deyib.
Döyüşçülər qrupu dördüncü dəfə evə gəldikdə və yenə rədd cavabı aldıqda çoxuşaqlı ananı yerə yıxıb, uşaqların gözü qarşısında döyməyə başlayıblar: “Anam huşunu itirdi və onu AK-47 silahı ilə döyməyə davam etdilər”.
“Mən “taliblər”dən dayanmalarını istədim, yalvardım. Silahlılar döyməyi dayandırdılar və anamı döydükləri qonşu otağa qumbara ataraq qaçdılar”, - deyə qız vurğulayıb.