Hərəkatın döyüşçüləri girovları məscidə yerləşdirib
Əfqanıstanın Pəncşer əyalətində Taliban hərəkatının döyüşçüləri 10-a yaxın şəxsi girov götürüblər. AYNA xarici mediaya istinadən xəbər verir ki, yerli hakimiyyət orqanlarının iddiasına görə, Taliban hərəkatının döyüşçüləri girovları məscidə yerləşdirib.
Məscidi mühasirəyə alan təhlükəsizlik qüvvələrinin əməkdaşları girovların azad edilməsi üzrə əməliyyat keçirəcəklər.