Salimdzon Nasriddinov və Nikolay Qoltsev sanksiyalardan yayınmaqda təqsirli olduqlarını etiraf ediblər
Tacikistan vətəndaşı, Rusiya ilə ikili vətəndaşlığı olan və ABŞ-da yaşayan iş adamı Salimdzon Nasriddinov və Rusiya və Kanada vətəndaşlığı olan Nikolay Qoltsev sanksiyalardan yayınmaqda təqsirli olduqlarını etiraf ediblər. AYNA xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, onlar sanksiyalara məruz qalan Rusiya şirkətləri adından qlobal satınalma sxemində iştirakları ilə əlaqədar ixraca nəzarət pozuntuları törətmək üçün sui-qəsddə təqsirli bilinirlər.
“Müttəhimlər Rusiyanın Ukraynadakı münaqişədə istifadə etdiyi raketlər və dronlar üçün kritik olan milyonlarla dollar dəyərində Amerika elektronikası tədarük ediblər. İndi onları ABŞ-da həbs cəzası gözləyir”, - məlumatda vurğulanıb.
Ədliyyə Nazirliyinin məlumatına görə, Qoltsev və Nəsriddinov iki şirkət – “SH Brothers Inc.” və “SN Electronics Inc.” ABŞ istehsalçılarından qeyri-qanuni olaraq yeddi milyon dollar dəyərində ikili istifadəli elektronika almaq və əldə etməkdə şübhəli biliniblər.