Düşənbə müvafiq bildirişi artıq BMT-yə təqdim edib
Tacikistan Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) yurisdiksiyasından çıxmaq üçün Roma Statutunun denonsasiyası proseduruna başlayıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin adından yayılan bəyanatda qeyd olunub.
Bildirilib ki, Düşənbə müvafiq bildirişi artıq BMT-yə təqdim edib.
Roma Statutunun qaydalarına əsasən, ölkənin BCM-dən çıxmaq qərarı bildirişin təqdim edildiyi tarixdən bir il sonra qüvvəyə minəcək. Beləliklə, Tacikistan 2027-ci il noyabrın 20-də məhkəmənin iştirakçı dövlətləri sırasını rəsmən tərk edəcək.
Qeyd edək ki, Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətini tənzimləyən əsas beynəlxalq müqavilədir. Sənədi ratifikasiya etmiş dövlətlər məhkəmənin yurisdiksiyasını tanıyır və onun qərarlarını, o cümlədən həbs orderlərini icra etmək öhdəliyi daşıyırlar.