Tankerlərdən ikisi Tehranla razılaşdırılmamış marşrutla boğazı keçməyə çalışarkən minaya düşüb
İran Silahlı Qüvvələri bazar ertəsi günü Hörmüz boğazında dörd neft tankerinin minaya düşdüyünü açıqlayıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
"İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında iki böyük neft tankerinin dəniz minalarına düşdüyünü bildirdi. Bu arada İran Hərbi Dəniz Qüvvələri daha iki neft tankerinin boğazın cənub hissəsində minaya düşdüyünü açıqladı", - deyəö xəbərdə qeyd olunub.
Bildirilib ki, iki tanker ABŞ Mərkəzi Komandanlığının dəstəyi ilə hərəkət edirmiş. Qalan ikisi Tehranla razılaşdırılmamış marşrutla boğazı keçməyə çalışarkən minaya düşüb.
SEPAH dəfələrlə Hörmüz boğazının cənubundan Oman yaxınlığında keçən dəniz yolundan istifadənin təhlükələri barədə xəbərdarlıq edib və suların İran silahlı qüvvələrinin nəzarəti və tam nəzarəti altında qaldığını vurğulayıb.