Vadeful Rusiyanı danışıqlara və Ukraynadakı münaqişəyə son qoymağa çağırıb
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiyanı danışıqlara və Ukraynadakı münaqişəyə son qoymağa çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Clash Report” məlumat yayıb.
Diplomat bildirib: "Biz Brandenburq darvazasından cəmi bir kilometr aralıda görüşdük. Bu darvaza keçmiş ABŞ Prezidenti Ronald Reyqanın dediyi yer idi: "Cənab Mixail Qorbaçov, bu darvazanı açın! Bu divarı sökün!".
Bu sözlərdən sonra Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri Rusiyaya danışıqlara başlamaq və Ukraynadakı münaqişəyə son qoymaq üçün müraciət edib.
Eyni zamanda, o, Almaniyanın Ukraynaya yardım göstərməyə davam etmək niyyətində olduğunu bildirib.
Nazir əlavə edib: "Biz həm qış dövründə, həm də 2027-ci ildə Ukraynanı dəstəkləməkdə aparıcı rol oynamağa davam etməyi planlaşdırırıq".
Daha əvvəl Yohann Vadeful Avropanı Ukraynadakı münaqişənin sülh yolu ilə həllində mərkəzi rol oynamağa çağırmışdı.