Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir

Xəbərlər

23.11.2026 - 17:16

"Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi noyabrın 28-dək davam edəcək

"Azərbaycan ilə Özbəkistan respublikaları Müdafiə nazirlikləri arasında imzalanan 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında "Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi keçirilir.

Müdafiə Nazirliyindən AYNA.AZ-a verilən məlumata görə, hərbi İdarəetmə İnstitutunun Hərb Oyunları Mərkəzində keçirilən təlimə hər iki ölkədən ümumilikdə 100-dən çox hərbi qulluqçu cəlb olunub.

Təlimin keçirilməsində əsas məqsəd Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında hərbi təhsil və döyüş hazırlığı sahəsində əməkdaşlığı gücləndirmək, komandirlərin hərbi qərarvermə bacarıqlarını təkmilləşdirmək, qərargah fəaliyyətləri və əməliyyatların planlaşdırılması prosesi üzrə təcrübə mübadiləsi aparmaqdan ibarətdir.

Qeyd edək ki, "Məharət - IV" kompüter dəstəkli birgə komanda-qərargah təlimi noyabrın 28-dək davam edəcək.

Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş